Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2025 07:20
Əməkdar artist Hüsniyyə Mürvətova paylaşımı ilə diqqət çəkib.
Sonxeber.net xəbər verir ki, o, başına gələn bir əhvalatı izləyiciləri ilə bölüşüb:
"Bir həftə bundan əvvəl yanacaq doldurma məntəqəsində yanacaq doldurandan sonra şlanqı maşından çıxarmadan sürmüşdüm. Nə isə orada olanları danışsam, söhbətim uzun çəkəcək. Bu gün yenə eyni yerə getmişəm. Oğlan deyir, xoş gəlmisiniz... Mən də gülə-gülə onun dilindən, hə gəlin yenə dağıdın buraları, dedim, güldük. Oğlan dedi ki, mən sizin səsinizin vurğunuyam, həmişə sizin səslədirdiyiniz filimlərə baxanda deyirdim, görəsən bu xanımı nə vaxtsa yaxından görəcəyəm. Dedim ki, gör, necə ürəkdən arzulamısan ki, xanımı yox, od-alov gördün.Oğlan dedi ki, heç ağlıma gəlməzdi... Sonra söylədi ki, səhv etmirəmsə 1999-cu ildən film səsləndirirsiniz. Dedim, bəli. Burada cidilləşdim və bu sözdən məmnun oldum... Dedim, nə yaxşı ki, sizin kimi diqqətli tamaşaçılarımız var. Bu, məni çox sevindirir. Var olun. Hər dəfə o qədər dəqiq məlumatları deyirsiniz ki, yaradıcılığımdan, mən çox təəccüb edirəm və xoşbəxt oluram... Bu sözləri deyib, xoş hisslərlə sağollaşdım. Və inanıram ki, bir də yanacaq doldurma məntəqəsində tufan qoparmayacam".