Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2025 19:50
ABŞ hökuməti çərşənbə günü təxminən 600 min venesuelalı miqrant üçün müvəqqəti qorunma statusunun (TPS) uzadılmasını dayandırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem Fox News kanalına verdiyi müsahibədə bildirib.
Nazir bildirib ki, Joe Baydenin əvvəlki administrasiyası 10 yanvar tarixində TPS proqramını 2026-cı ilin oktyabrına qədər uzadıb. "Bu, həmin şəxslərə qalmağa və qanunlarımızı pozmağa davam etməyə imkan verirdi", - deyə Noəm qeyd edib.
ABŞ prezidenti Donald Tramp isə 2012-ci ildən ABŞ-a gələn Venesuela vətəndaşlarına sığınacaq verilməsi ilə bağlı bütün işlərin təhlil edilməsini tələb edən fərman imzalayıb. O, hesab edir ki, "indiki vaxtda ABŞ-da yaşayan venesuelalıların 90%-i ölkəyə gəldikdən sonra Venesuelada həyatlarının təhdid olunduğunu yalan söyləyib"./Qaynarinfo