Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızıl heç vaxt bu qədər baha olmayıb - Qiymətlər

Qızıl heç vaxt bu qədər baha olmayıb - Qiymətlər

Tarix: 1 Fevral 2025 13:56

Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə, qızılın 1 qramının qiyməti 153,3 manata bərabər olub.

Sonxeber.net xəbər verir ki, 1 qram qızılın qiyməti son bir gün ərzində 1,3% və ya 2 manat bahalaşıb.

Son bir ay ərzində isə qızlın qiyməti 6,1% və ya 8,8 manat artıb.

Məlumat üçün bildirək ki, qızılın qiyməti Azərbaycanda heç vaxt bu səviyyəyə yüksəlməyib.

Son 15 il ərzində isə qızılın qiyməti 5 dəfəyə yaxın artıb. Müqayisə üçün qeyd edək ki, 15 il əvvəl - 2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub.


Etiketlər:  Qızıl heç vaxt qədər baha olmayıb Qiymətlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ