Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2025 21:10
Rusiya ordusu Ukraynanın Poltava şəhərinə raket zərbəsi endirərək yaşayış binasını vurub. Hücum nəticəsində dörd nəfər həlak olub, üçü uşaq olmaqla 13 nəfər yaralanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Poltava Vilayət Hərbi Administrasiyasının "Telegram" kanalında xəbər verilib.
Bildirilir ki, binanın birinci mərtəbəsindən beşinci mərtəbəsinə qədər olan hissəsi dağılıb, yanğın baş verib. Qonşu binalara və 12 avtomobilə ziyan dəyib.
"Hazırda xilasetmə qrupları və təcili yardım xidmətləri hadisə yerində işləyirlər", - deyə idarədən qeyd edilib.