Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2025 11:34
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) veb saytı heç bir açıqlama verilmədən fəaliyyətini dayandırıb.
Sonxeber.net bildirir ki, bu arada USAID-də minlərlə işçinin məzuniyyətə çıxması, ixtisara düşməsi və proqramların dayandırılması prosesi davam edir.
Bütün bunlar kprezident Donald Trampın ABŞ-ın maliyyələşdirdiyi xarici yardım və inkişaf proqramlarını dondurması fonunda baş verir.
Konqresdəki demokratlar Trampın USAID-i müstəqil agentlik kimi ləğv edib, onu Dövlət Departamentinin tərkibinə daxil etməyə çalışdığından narahat olduqlarını bildiriblər. /Musavat.com