Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2025 18:02
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ölkənin Belçikadakı səfiri Alberto Antonu Madriddə illik diplomatik konfransda çıxışı zamanı yuxuya getdiyinə görə işdən çıxarıb.
Sonxeber.net bildirir ki, bu barədə İspaniya mediası yazıb.
Yatmış səfir hadisəni lentə alan operatorlar tərəfindən çəkilib, bundan sonra sosial şəbəkələrdə əsnəyərək yatan Alberto Antonun qısa videoları yayımlanıb.
Qeyd edək ki, İspaniyada Albares işə sərt yanaşmasına görə qeyri-rəsmi olaraq "Balaca Napoleon" adlandırılır. /Unikal