Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tbilisidə etiraz aksiyası - çox sayda saxlanılanlar var

Tbilisidə etiraz aksiyası - çox sayda saxlanılanlar var

Tarix: 2 Fevral 2025 19:12

Tbilisidə xüsusi təyinatlı polis dəstələri strateji əhəmiyyətli yolu bağlamağa çalışan etirazçılara müdaxilə edib.

Sonxeber.net xəbər verir ki, "Tbilisi Mall"ın yaxınlığına toplanan etirazçılar paytaxtın şimal girişi olan Aqmaşenebeli prospektini bağlamağa cəhd ediblər. Etirazla əlaqədar əraziyə yüzlərlə polis xüsusi təyinatlısı cəlb olunub, çox sayda saxlanılanlar var. Gürcüstan DİN etirazçılara müraciət edərək qanunla müəyyən edilən çərçivəni aşmamağa çağırıb və strateji əhəmiyyətli yolun bağlanmasının cinayət məsuliyyətinə cəlb olunma ilə nəticələnəcəyinə dair xəbərdarlıq edib. Hazırda ərazidə gərginlik davam edir.

Etirazçılar aksiyalar zamanı saxlanılanların azadlığa buraxılmasını, yeni seçkilərin keçirilməsi kimi tələblər irəli sürürlər. Polisin müdaxiləsi zamanı xəsarət alanların olduğu bildirilir. /APA


Etiketlər:  Tbilisidə etiraz aksiyası çox sayda saxlanılanlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ