Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mariya Stadnik karyerasını bitirdi

Mariya Stadnik karyerasını bitirdi

Tarix: 2 Fevral 2025 21:04

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik karyerasını başa vurduğunu açıqlayıb.

Sonxeber.net xəbər verir ki, güləşçi bu barədə instaqram hesabında paylaşım edib.

"Adımı dünya qadın güləşi tarixinə yazdım. Bu tarixi mənimlə birlikdə yaradan hər kəsə minnətdaram. İndi isə həyatımın bu səhifəsini bağlayıb yeni bir tarix yazmağın vaxtıdır. Güləş, hər şey üçün sənə təşəkkür edirəm".

Qeyd edək ki, M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.


Etiketlər:  Mariya Stadnik karyerasını bitirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ