Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2025 10:35
Müğənni Nazim Pişyari (Faytonçu) işemik insult keçirib və xəstəxanaya yerləşdirildikdən sonrakı vəziyyəti açıqlanıb.
Sonxeber.net xəbər verir ki, ifaçının dostu, aparıcı Kamran Həsənli axşam.az-a açıqlamasında onun səhhətindən danışıb. O bildirib ki, N.Pişyarı özünə gəlib:
"Tam düzəlməsə də yaxşıdır. Özünə gəlib, danışa bilir. Hələ xəstəxanadadır".
Qeyd edək ki, insult keçirən müğənni küçədə yıxılıb, qapalı kəllə beyin travması da alıb. Nazim bir müddət əvvəl böyrəyindən də əməliyyat olunubmuş. Ona böyrək köçürülməsi edildiyi bildirilib./lent.az