Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Eyni heyətlə davam edəcəyik'' - Ayxan Abbasov

''Eyni heyətlə davam edəcəyik'' -  Ayxan Abbasov

Tarix: 8 Dekabr 2019 18:00

"Qəbələ" son oyunlarda yaxşı çıxır edirdi, böyükhesablı qələbələr qazanırdılar. Təcrübəli legionerləri var. İstəmədiyimiz səhv bizə baha başa gəldi".
 
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 14-cü turunda "Qəbələ" ilə keçirilən görüşdən (1:1) sonra mətbuat konfransında deyib.

O, azlıqda qalan rəqibə qalib gələ bilməmələrini heyətdə gənc və təcrübəsiz futbolçuların çox olması ilə əlaqələndirib: "Qırmızı vərəqələr rəqibi daha çox motivasiya etdi. Biz də dəyişikliklər etdik, hətta 3 hücumçu ilə oynadıq. Qış fasiləsinə 4-cü yerdə yollanmağımız bizim üçün yaxşıdır. Yəqin ki, qışdan sonra da eyni heyətlə davam edəcəyik. Futbolçuların da inkişafını istəyirik, nəticəni də. Sırf nəticəni istəsək, başqa şərtlərlə çalışmalıyıq. Ancaq gənclərin də inkişafını düşünürük. Qarşıda kubok oyunumuz var, sona qədər vuruşacağıq.
 
Futbolçularımın meydanda nə etdiyi bəllidir. Kor-koranə oynamırıq. İlk turlara baxsaq, fərq hiss olunur. İnkişaf var, amma rəqiblərimiz də artıq transferlərə başlayıb. Bu komandanı götürəndə belə halları rəhbərliyə bildirmişdim ki, bizi nələr gözləyir. Əsas məqsədimiz sonuncu olmayıb, bacardığımız qədər üst pillələrdə olmaqdır. Oyunlardakı geridönüşlərimiz də bir siqnaldır. Bu komanda 1-2 ildən sonra daha iddialı ola bilər".
 
A.Abbasov rəqibin 2-ci qırmızı vərəqədən sonra daha yaxşı müdafiə olunduğunu əllavə edib: "Qırmızı vərəqə olmamış sistemi dəyişmək istəmirdim. Həftəboyu bunun üzərində çalışmışdıq, anidən sistemi dəyişmək istəmədim. Qırmızı vərəqədən sonra risk etməliydik. Bu, normaldır. Qırmızı vərəqə olmasaydı, bəlkə də daha rahat hücuma çıxa bilərdik. Rəqib sonuncu qırmızı vərəqədən sonra daha yaxşı müdafiə olundu”.
 


Etiketlər:  Eyni heyətlə davam edəcəyik Ayxan Abbasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ