Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2025 14:12
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Rusiya ilə münaqişə zamanı itirdiyi əraziləri geri qaytara bilməyəcəyini etiraf edib.
Sonxeber.net bildirir ki, o, bu fikri 4 fevralda britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibədə səsləndirib.
"Biz bütün torpaqlarımızı geri qaytara bilmərik. Nəticənin qeyri-müəyyən olduğu bir halda milyonlarla insanı itirə bilmərik", - deyə Zelenski bildirib.
O, Ukraynaya Qərbin hərbi yardımının yetərli olmadığını və cəbhədə vəziyyətin çox çətin olduğunu vurğulayıb. Eyni zamanda, münaqişənin həlli üçün danışıqlara hazır olduğunu qeyd edib. /baku.ws