Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa ilk ''Mirage 2000'' qırıcılarını Ukraynaya təhvil verdi - FOTO

Fransa ilk ''Mirage 2000'' qırıcılarını Ukraynaya təhvil verdi - FOTO

Tarix: 6 Fevral 2025 18:52

Fransa ötən il tədarükünü elan etdiyi ilk "Mirage 2000" qırıcılarını Ukraynaya təhvil verib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornyu "X" hesabında paylaşım edib.

Lekornyu qeyd edib ki, 2024-cü il iyunun 6-da Emmanuel Makron Fransanın "Mirage 2000" təyyarələrinin Ukraynaya tədarükü barədə elan etmişdi.

"Bu təyyarələrdən birinciləri bu gün (6 fevral - red) Ukraynaya çatıb. Bu təyyarələrin göyərtəsində uzun aylar Fransada təlim keçən ukraynalı pilotlar var və indi onlar Ukrayna səmasının müdafiəsinə qoşulacaqlar", - deyə nazir qeyd edib.

O, Ukraynaya neçə təyyarənin gəldiyi barədə dəqiq məlumat verməyib.

Daha əvvəl Sebastyen Lekornu bildirmişdi ki, Ukraynaya qırıcıların çatdırılması 2025-ci ilin birinci rübünə planlaşdırılır.


Etiketlər:  Fransa Mirage 2000 qırıcılarını Ukraynaya təhvil verdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ