Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2019 02:56
Bakı. Trend:
Uqandanın qərbində, Bundibugio əyalətində güclü yağışlar səbəbindən meydana gələn sel qurbanlarının sayı 22-yə çatıb.
Trend-in məlumatına görə, əyalətin başçısı Muteqeki Ronald daha bir neçə nəfərin itkin düşdüyünü bildirilib. O, həmçinin sel və torpaq sürüşmələrinin ərazidə xaosa səbəb olduğunu qeyd edib. Bundan əlavə altı saatlıq güclü yağışlardan sonra Tokve çayı sahillərindən çıxıb.
Muteqeki deyib: "Bu dəhşətli və çox xoşagəlməz bir vəziyyətdir. Əkin və evlər də daxil olmaqla çox miqdarda əmlak məhv edilib, körpülər yuyulub, yolların su altında qalması nəqliyyat şəbəkəsini iflic edib".
Əyalət rəsmisi sürüşmə və daşqının baş verə biləcəyi bölgələrdə yaşayan insanlardan daha təhlükəsiz yerlərə köçmələrini istəyib. Köçkünlər, Muteqekinin qeyd etdiyi kimi, hazırda məktəblərə və kilsələrə sığınıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin