Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2025 14:00
Sabah Biləsuvar şəhərinin bir hissəsi və iki kəndin qaz təchizatında fasilə olacaq.
Sonxeber.net xəbər verir ki, Biləsuvar şəhər ərazisində Peşə liseyi məktəbinin qaz xəttinin mövcud mənbəyə qoşulması üçün H.Əliyev küçəsi, Upromxor, Təyyarə meydanı yaşayış massivi, Muğan və Yuxarı Ağalı kəndlərinin, ümumilikdə 1200 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.