Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2025 19:40
"Apple" şirkəti özünün ən ucuz smartfon modeli olacaq "iPhone SE 4"ü bu gün təqdim etməyə hazırlaşır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, orta seqment özəlliklərinə malik smartfonun görünüşü internetə sızdırılıb.
Yeni telefonlarda "Home" düyməsi artıq olmayacaq. "Apple" sözügedən düyməni ilk dəfə 2007-ci ildə bazara çıxardığı "iPhone" modelində tətbiq etmişdi.
2012-ci ildə çıxan "iPhone 5S" ilə birlikdə "Home" düyməsi "Touch ID" (barmaq izi sensoru) ilə təchiz edildi. Lakin "Apple" 2017-ci ildə təqdim edilən "iPhone X"da üztanıma sisteminə ("Face ID") keçərək "Home" düyməsini ləğv etdi.
Şirkət "iPhone SE" modelində (2022-ci il) sonuncu dəfə olaraq "Touch ID" və "Home" düyməsinə yer verdi. Yeni "iPhone SE" modelində (2025-ci il) yalnız "Face ID" olacaq və barmaq izi sensoru tətbiq edilməyəcək. Bununla da şirkət "iPhone SE 4" modeli ilə 18 illik özəlliyindən imtina edir.