Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2025 06:06
10 Fevral 2025 19:10
Braziliyanın əfsanəvi futbolçusu Rivaldonun oğlu, 29 yaşlı Rivaldinyo 2023-cü ilin yayından bəri çıxış etdiyi Rumıniya "Farul Konstanta"sından ayrılıb.
Sonxeber.net xəbər verir ki, "Farul" Rivaldinyonu Çinin "Qingdao Red Lions" klubuna satdığını elan edib.
Bu klub Çinin elit divizionunda oynamır, ikinci ən güclü liqada yerini qorumaq üçün mübarizə aparır.
Qeyri-rəsmi məlumata görə, "Farul" Rivaldinyonun satışından 200 min avro qazanıb.
Maraqlıdır ki, 52 yaşlı Rivaldo 2023-cü ilin sentyabrından "Farul"un səhmdarlarından biridir. O, əsas səhmdarı, demək olar ki, 80% paya malik əfsanəvi rumıniyalı George Haci olan Konstanta klubunun səhmlərinin 10% -nə sahibdir. /Publika.az