Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millinin və ''Neftçi''nin keçmiş oyunçusu 2 ildən sonra futbola döndü

Millinin və ''Neftçi''nin keçmiş oyunçusu 2 ildən sonra futbola döndü

Tarix: 13 Fevral 2025 13:28

Azərbaycan millisinin və "Neftçi"nin sabiq hücumçusu Ruslan Qurbanov 2 illik fasilədən sonra futbola dönüb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 33 yaşlı forvard bu məqsədlə Azərbaycana qayıdıb və "Haypers"lə müqavilə imzalayıb. Qurbanovun II Liqada qüvvəsini sınayan Quba təmsilçisi ilə bağladığı kontraktın müddəti 4 aydır.

Sövdələşməyə görə, bölgə komandası onu daha bir il düşərgəsində saxlamaq şansına malikdir.

"Dinamo Stavropol" klubunun yetirməsi Azərbaycana ilk dəfə 2010-cu ildə gəlib və "Neftçi"də çıxış edib.

Millinin sabiq müdafiəçisi Rasim Abışovun təklifi ilə Bakıya ayaq basmış Ruslan 6 il "ağ-qaralar"ın formasını geyinib, bu müddətdə 67 oyuna çıxıb, 19 qol vurub.

Bakılılar onu 2011-2013-cü illər aralığında "Sumqayıt"a icarəyə veriblər. "Kimyaçılar" üçün 9 qola imza atan Qurbanov 2015-ci ilin yayında Xorvatiyaya yollanıb və "Hayduk"la anlaşıb.

Split təmsilçisində özünü göstərə bilməyən, cəmi 6 matçda şans qazanan forvard 2016-ci ilin əvvəlində "Qəbələ"yə keçib. İki il "qırmızı-qaralar"a xidmət edib, ardınca "Səbail"ə keçib.

Növbəti iki mövsümdə isə "Keşlə" və "Zirə"nin heyətində özünü yoxlayıb. 2021-ci ildə Azərbaycanı tərk edib və "Slaviya-Mozır"la müqavilə bağlayıb. Bir il sonra buradan ayrılıb və klubsuz qalıb.


Etiketlər:  Millinin Neftçinin keçmiş oyunçusu ildən sonra futbola döndü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ