Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2019 10:36
"Yuventus"un Kriştiano Ronaldonun oğlu Turin klubunun U-9 komandasının heyətində iştirakçısı olduğu “Trophеe Cavour” turnirində ən yaxşı hücumçu seçilib.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, turnirdə 3 qol vurub. 9 yaşlı kiçik Ronaldonun komandası finalda “Kyeri”yə 3:2 hesabı ilə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Kriştiano Ronaldo 2018-ci ilin yayından “Yuventus”da oynayır. Onun oğlu da həmin vaxtdan İtaliya klubunun akademiyasına qoşulub.