Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2025 20:22
Almaniyanın "Bavariya" komandası yarımmüdafiəçisi Camal Musiala ilə müqavilənin müddətini uzadıb.
Sonxeber.net klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi 2030-cu ilədək Münhen təmsilçisində çıxış edəcək.
"Mən həqiqətən xoşbəxtəm. Münhendə özümü evdəki kimi hiss edirəm. "Bavariya" dünyanın ən böyük klublarından biridir. Peşəkar futbolda ilk addımlarımı burada atdım və əminəm ki, yaxın illərdə böyük uğurlara nail ola bilərik" - , deyə oyunçu Almaniya nəhənginin mətbuat xidmətinə açıqlamasında bildirib.
Qeyd edək ki, C.Musiala bu mövsüm "Bavariya"nın heyətində 30 oyunda 15 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Unikal"