Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ferqüson 1 oyunluq baş məşqçi olacaq

Ferqüson 1 oyunluq baş məşqçi olacaq

Tarix: 16 Fevral 2025 18:48

Əfsanəvi şotlandiyalı Aleks Ferqüson yenidən baş məşqçi olacaq. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 84 yaşlı mütəxəssis italiyalı hücumçu Cüzeppe Rossinin vida oyununa dəvət alıb.

Görüş martın 22-də Florensiyada, "Artemio Franki" stadionunda keçiriləcək.

Rossi 2004-2006-cı illərdə Feryussonun rəhbərliyi altında "Mançester Yunayted"də çıxış edib. İtalyan 2023-cü ildə SPAL-da çıxış edərkən karyerasını bitirib.

Ferqüson futbol tarixinin ən uğurlu məşqçilərindən biridir. O, 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi olub, 13 Premyer Liqa, 5 İngiltərə Kuboku və 2 UEFA Çempionlar Liqası kubokunu qazanıb. O, 2013-cü ildə məşqçi karyerasını başa vurub.


Etiketlər:  Ferqüson oyunluq baş məşqçi olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ