Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa liderləri Ukrayna ilə bağlı qərar verə bilmədilər

Avropa liderləri Ukrayna ilə bağlı qərar verə bilmədilər

Tarix: 18 Fevral 2025 15:12

Avropa liderlərinin Parisdə keçirilən fövqəladə sammitindən sonra Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Ukraynada sülh etibarlı təhlükəsizlik təminatları ilə müşayiət olunmalıdır.

Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, sədri Ursula fon der Leyen özünün X sosial şəbəkəsində yazıb:

"Bu gün Parisdə Ukraynanın dayanıqlı sülhə layiq olduğunu təsdiq etdik. Müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə hörmət edən, etibarlı təhlükəsizlik zəmanəti olan sülh".

O, həmçinin əlavə edib ki, "Avropa Ukraynaya hərbi dəstək üçün üzərinə düşəm payı tam şəkildə  daşıyır".

Ursula fon der Leyen qeyd edib ki, Avropa İttifaqı öz müdafiəsini gücləndirməlidir.

"Almaniya Rusiyanın təcavüzünə qarşı Ukraynanı müdafiə etməkdə davam edəcək. Bununla belə, sülhməramlıların göndərilməsi haqqında danışmaq çox tezdir".

Bunu isə sammitdən sonra Almaniya kansleri Olaf Şolts deyib.

Almaniya hökumətinin başçısı Parisdə Ukrayna ilə bağlı "fövqəladə sammit"də iştirak etdikdən sonra jurnalistlərə bir neçə şərh verib.

"Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik və Ukrayna bizə güvənə bilər", - kansler vurğulayıb.

O, həmçinin qeyd edib ki, o, Ukrayna ilə bağlı "sülh sazişi"nə məcbur edilmənin əleyhinədir. Bir ölkə "ona təqdim olunan hər şeyi qəbul edə bilməz".

Eyni zamanda, kanslerin sözlərinə görə, o, Avropa sülhməramlılarının Ukraynaya mümkün göndərilməsi mövzusundan artıq "bir az qıcıqlanıb" və o, bunu "son dərəcə yersiz" hesab edir.

Almaniya hökumətinin başçısı hesab edir ki, "sülh vaxtı hələ gəlməyib" və Ukrayna hələ də "amansız müharibənin mərkəzindədir".

O, həmçinin vurğulayıb ki, məsuliyyəti Avropa və ABŞ arasında bölmək olmaz. Onun sözlərinə görə, Qərb kollektiv təhlükəsizlik maraqları çərçivəsində birgə hərəkət etməlidir.


Etiketlər:  Avropa liderləri Ukrayna ilə bağlı qərar verə bilmədilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ