Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Onlar pulu borc verir, biz yox”

“Onlar pulu borc verir, biz yox”

Tarix: 20 Fevral 2025 09:48

"Avropa Ukraynaya zəmanət altında, borc pul verir. Onu geri alacaqlar. ABŞ isə verdiyi pulları geri almayacaq".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Mayamidə investisiya forumunda çıxışı zamanı bildirib.

O əlavə edib ki, Ukrayna hakimiyyəti nadir torpaq elementlərinin işlənməsinə dair razılaşmanı pozub: "Bizim nadir torpaqlara və bütün bunlara əsaslanan müqaviləmiz var idi və onlar bu sövdələşməni pozdular".

Qeyd edək ki, Tramp jurnalistlərə açıqlamasında nadir torpaq metallarının tədarükü müqabilində Ukraynaya yardımı davam etdirəcəyini bildirmişdi.


Etiketlər:  Onlar pulu borc verir


RƏYLƏR