Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Selena Qomez xəstəliyinə görə hədsiz çəki itirdi - FOTO

Selena Qomez xəstəliyinə görə hədsiz çəki itirdi - FOTO

Tarix: 26 Fevral 2025 06:50

Dünya pop səhnəsinin ulduzu Selena Qomez "Ekran Aktyorları Gildiyası" Mükafatlandırma mərasimindəki görünüşü ilə sensasiya yaradıb.

Sonxeber.net xəbər verir ki, məsələ burasındadır ki, bir neçə həftə ərzində aktrisa inanılmaz dərəcədə arıqlamağı bacarıb. 

Xarici görünüşünə görə fəal şəkildə tənqid olunan Qomezin psixi problemləri ilə bağlı bir sıra dərmanlar qəbul etməsi səbəbindən xeyli kökəldiyini və son dərəcə qeyri-sağlam görünüşdə olduğu iddia edilirdi.

İndi ictimaiyyətin belə şikayətləri yoxdur. Belə ki, Selenanın diabet xəstələri üçün məşhur dərman vasitəsi ilə arıqlaması deyilir.

Pop ulduz, izləyiciləri əmin edib ki, onun narkotik qəbul etməsindən şübhələnmək üçün heç bir əsas yoxdur.

Əslində, o, lupus və bağırsaq pozğunluğunun müalicəsi səbəbindən kəskin şəkildə arıqlayıb. Aktrisa bildirib ki, bağırsağındakı pozğunluq səbəbinə görə daim ürəkbulanmaları olur. Məhz buna görə də bol şəkildə qida qəbul edə bilmir. Bu da öz növbəsində Selenanın az zaman çərçivəsində sürətlə çəki atmasına səbəb olub. 


Etiketlər:  Selena Qomez xəstəliyinə görə hədsiz çəki itirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ