Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkdar artist: ''Xərçəng olandan bacılarımı həyatımdan SİLDİM''

Əməkdar artist: ''Xərçəng olandan bacılarımı həyatımdan SİLDİM''

Tarix: 27 Fevral 2025 17:20

Müğənni Sevda Əliqızı bacılarından imtina edib.

Sonxeber.net xəbər verir ki, sənətçi bu haqda "Etiraf" verilişində deyib. O bildirib ki, xəstələndikdən sonra yaxınlarının ona davranışı dəyişib:

"Elə bilirdim ki, ailə üzvlərim məni həqiqətən də sevirlər, istəyirlər, qədrimi bilirlər. Amma görünür ki, bu belə deyil. Bunu onkoloji xəstəliyə düçar olandan sonra bildim. Şükürlər olsun ki, müalicələrimi alıram və hər şey normaldır. Çox yaxın qohumlarımla incikli oldum. Demək olar ki, onları həyatımdan sildim. Mənim qardaşım yoxdur. İki bacım var. Bəli, etiraf edirəm ki, mən iki bacımı həyatımdan sildim. Onlardan imtina elədim. Bunu çəkinmədən deyirəm, qoy bu sözlərimi onlar eşitsinlər və bilsinlər.

Artıq həyatda göydə Allahım, yerdə isə anam var. Anamı öpürəm. Ona qurban olum.  Anam mənim həyatım, canımdır. Ona ömrümün sonuna kimi baş əyib, əllərindən və ayaqlarından öpərəm. Özümü hər zaman fəda etmişəm ailəyə. Demişəm ki, mənim üçün birinci ailədir. Amma əfsuslar olsun ki, ailəm bunu nədənsə başa düşmədi. Elə bildilər ki, bu xəstəliyə tutulduqdan sonra mən çökdüm, düşdüm və qaldım ayaq altında. Heç zaman... Sevda ayaq altında qalan deyil. Mən günü gündən yüksələcəyəm. Elə sizin acığınıza". /Axşam.az 


Etiketlər:  Əməkdar artist Xərçəng olandan bacılarımı həyatımdan SİLDİM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ