Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Botoksdan zəhərlənmə necə baş verir? - VİDEO

Botoksdan zəhərlənmə necə baş verir? - VİDEO

Tarix: 2 Mart 2025 00:33

Botoks etdirənlər, botulizmə  yoluxub, canlarından ola bilərlər.

Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin  Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 91 nəfər gətirilib.

Qəbul edilən xəstələrdən 36 nəfər dərmandan, 22 nəfər sirkə turşusundan, 9-u spirtli içkidən, 3-ü botulizmdən zəhərlənən şəxslərdir. Həkim infeksionist  Mərdan Əliyev bildirdi ki, kosmetik və tibbi məqsədlə istifadə olunan botoks da botulizm xəstəliyinin yaranmasına səbəb ola bilər.

Bəzi hallarda botulizm ölümə gətirib çıxara bilər.

İnfeksionist bildirdi ki, botulizm ilan zəhərindən dəfələrlə toksikdir. Buna görə də çox cüzi miqdarı belə insanı öldürməyə yetir. Bu zəhərə turşu konservlərdə də rast gəlinir. 

Xəstəliyin inkubasiya dövrü bədənə daxil olan toksinin miqdarından asılıdır. Bu, bir iki saatdan 10 günə qədər davam edə bilər. Xəstəlik bir anda başlayır və qarında, mədədə ağrılar və mədə bulanması ilə müşaiyət olunur. İlk simptomu isə ikili və dumanlı görmədir.

Daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  Botoksdan zəhərlənmə necə baş verir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ