Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ana azyaşlı qızını döyüb, küncə qoydu: bədənində salamat yer yoxdur - FOTO

Ana azyaşlı qızını döyüb, küncə qoydu: bədənində salamat yer yoxdur - FOTO

Tarix: 3 Mart 2025 18:44

Sosial şəbəkələrdə azyaşlı qıza anası tərəfindən şiddət göstərilməsini əks etdirən görüntü yayılıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

Görüntüdə uşağın bir ayağı üstə küncə qoyulduğu aydın olur. Anası tərəfindən çəkilən kadrlarda azyaşlının döyüldüyü, bədənində salamat yerin olmadığı etiraf olunur.

K. Ağazadənin sözlərinə görə, anası azyaşlını ötən gün kəmərlə döyərək həyətə atıb. Hazırda isə telefon zənglərinə cavab vermir: "Ana telefonları açmır, amma yəqin ki, izləmək olar. Azərbaycan Uşaqlar Birliyi olaraq uşağı qəbul etməyə hazırıq. Ana isə məcburi müalicəyə göndərilməli,valideyn hüquqları məhdudlaşdırılmalıdır!"

Görüntülərin necə yayıldığı isə məlum deyil.

Yayılmış görüntülərlə bağlı DİN-ə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirdi ki, artıq azyaşlıya şiddət göstərən şəxs müəyyən olunub: "Sosial şəbəkələrdə azyaşlının təzyiqlərə məruz qalması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır. Həmin şəxsin kimliyi artıq müəyyən olunub və onun saxlanılaraq barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də məsələnin araşdırıldığı qeyd edildi: "Hazırda bu məsələ ilə bağlı araşdırma gedir. Aidiyyəti qurumlara da rəsmi müraciət olunub. Ana sabah üçün polisə dəvət olunub. Əgər gəlməsə, evinə səfər olunacaq. Həmçinin uşağın vəziyyəti araşdırılacaq".


Etiketlər:  azyaşlı qızını döyüb küncə qoydu bədənində salamat yoxdur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ