Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2025 21:09
"Ukrayna Prezidenti Volodimir Zelenski mövqeyini dəyişərsə, təbii ehtiyatlarla bağlı ABŞ-Ukrayna danışıqları bərpa olunacaq".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts "Fox News" telekanalına verdiyi müsahibəsində bildirib.
"Biz Zelenskidən eşitməliyik ki, o, baş verənlərdən peşmandır, faydalı qazıntılar üzrə sövdələşməni imzalamağa və sülh danışıqlarında iştirak etməyə hazırdır", - Uolts bildirib.
O qeyd edib ki, Zelenski ABŞ ilə münaqişəyə səbəb olmaqla, nadir torpaq metalları üzrə artıq razılaşdırılmış sazişə yenidən baxmağa çalışıb. Ağ Evin müşavirinin sözlərinə görə, mövqeyə yenidən nəzər salmaq çağırışı elə də böyük bir xahiş deyil. Uolts həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna resursları ilə bağlı saziş üzrə müzakirələrin bərpasına hazırdır.