Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Ağ Evə belə gedən ilk lider DEYİL - FOTOlar

Zelenski Ağ Evə belə gedən ilk lider DEYİL - FOTOlar

Tarix: 6 Mart 2025 13:06

Ukrayna prezidenti Volodimir Zelenski qısa aradan sonra yenidən ABŞ-yə səfər hazırlaşır. Bu dəfə onu Fransa Prezidenti Emmanuel Makron və Britaniyanın Baş naziri Keir Starmer müşayiət edəcək. Avropa liderləri Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında münasibətləri bərpa etməyə çalışacaq.

Zelenski ABŞ-yə son səfəri zamanı kostyum geyinmədiyi üçün tənqid edilib. Donald Tramp onu Ağ Evdə qarşılayarkən istehza ilə "Bu gün çox rəsmi geyinmisən" deyib. Daha sonra isə mühafizəkar televiziya kanalı "Real America's Voice"ın jurnalisti Brian Qlenn Zelenskinin kostyum geyinməməsini Oval Ofisin nüfuzuna hörmətsizlik kimi dəyərləndirib.

Ancaq Zelenski Oval Ofisə kostyumsuz gələn tək deyil. Tarixdə bir çox dünya lideri rəsmi görüşlərdə ənənəvi kostyumdan imtina edərək öz xalqlarının simvolik geyimlərini seçib.

2000-ci ildə Fələstin lideri Yasir Ərafat ABŞ Prezidenti Bill Klintonla görüşündə hər zaman geyindiyi hərbi geyim və Keffiyə (Ənənəvi Yaxın Şərq baş geyimi) ilə iştirak etmişdi. Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandela isə 2005-ci ildə Corc Buşla görüşündə özünə xas olan Madiba köynəyini geyinmişdi. Bu da onun Cənubi Afrikanın adi vətəndaşları ilə eyniləşmək istəyini ifadə edirdi.

Zelenskinin geyim seçimi isə sırf simvolik deyil, həm də praktikdir. Rusiya 2022-ci ildə Ukraynaya hücum etdikdən sonra o, hərbçilərlə həmrəy olduğunu göstərmək üçün hərbi üslubda sadə və rahat geyimlərə üstünlük verir. O, Kiyevdə sığınacaqda yaşayır və dediyinə görə, qarderobunda yalnız eyni tipli gündəlik geyimlər var. Kostyum isə sadəcə müharibənin bitəcəyinə inamın bir simvolu kimi dolabında asılı qalıb.

Zelenski əsasən Ukraynanın "M-Tac" brendinə məxsus qara və ya zeytun rəngli idman üslublu köynəklər geyinir. Bu marka Ukrayna hərbçiləri üçün geyimlər istehsal edir. Hətta Zelenskinin imzaladığı bir "M-Tac" gödəkçə 2022-ci ildə xeyriyyə hərracında 90 min funt-sterlinqə satılmışdı.

Müharibə dövründə liderlərin geyim seçimləri təkcə dəb deyil, həm də siyasi mesajdır. Çörçill İkinci Dünya Müharibəsi zamanı prezident Eyzenhauerlə görüşə siren kostyumu geyinərək getmişdi. Bu geyim hava hücumları zamanı sürətli geyinmək üçün nəzərdə tutulmuşdu.

Zelenskinin geyim tərzi tənqid edilsə də, o, bu ənənəni davam etdirmək niyyətindədir. O, ABŞ-da bir daha vurğulayıb ki, müharibə bitənə qədər kostyum geyinməyəcək. Bu isə təkcə şəxsi seçim deyil, həm də Ukraynanın davam edən mübarizəsinin bir rəmzidir. /Modern.Az


Etiketlər:  Zelenski Evə belə gedən lider DEYİL FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ