Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real'' Ardanı göndərir

''Real'' Ardanı göndərir

Tarix: 8 Mart 2025 08:40

"Real Madrid" Arda Güler və Endriki icarəyə göndərməyi nəzərdən keçirir.

Sonxeber.net xəbər verir ki, futbolçulara Almaniya klublarının marağı var. "Sport Bild"də yer alan xəbərə görə, "Real Madrid" gənc futbolçuları Bundesliqa klublarına icarəyə verməyə razıdır. "Real" futbolçuların daha çox oyun şansı əldə edərək, təcrübə qazanmasını istəyir. Bildirilir ki, Arda və Endrik bu mövsüm Karlo Ançelottinin rəhbərliyi altında oyun vaxtı əldə etməkdə çətinlik çəkiblər.

Qeyd edək ki, "Bavariya" klubunun Arda Güleri birdəfəlik transfer etmək üçün 50 milyon ödəyə biləcəyi irəli sürülüb. Bəzi klublar isə Ardanı icarəyə götürmək istəyir. (Metbuat.az)


Etiketlər:  Real Ardanı göndərir


RƏYLƏR