Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi İtaliyaya aparılmadı

Messi İtaliyaya aparılmadı

Tarix: 9 Dekabr 2019 18:52

"Barselona"nın Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "İnter"lə oyun üçün iştirak ərizəsi müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, qrupdan çıxmağı təmin edən Kataloniya təmsilçisinin 20 nəfərli heyətində Lionel Messi yer almayıb. Komandanın baş məşqçisi Ernesto Valverde bu görüşdə argentinalı hücumçuya istirahət verməyə qərar verib.

"Barselona"nın heyəti: Ter Şteqen, Neto, İnyaki, Rakitiç, Buskets, Todibo, Suares, Lanqle, Vaqe, Qrizmann, Alenya, de Yonq, Vidal, Umtiti, Junior, Peres, Puç, Fati, Arauxo, Morer

Qeyd edək ki, "İnter" - "Barselona" görüşü sabah keçiriləcək.

 


Etiketlər:  Messi İtaliyaya aparılmadı


RƏYLƏR