Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mançester Yunayted'' hücumçu alır - FOTO

''Mançester Yunayted'' hücumçu alır - FOTO

Tarix: 8 Mart 2025 13:30

İngiltərənin "Mançester Yunayted" klubu yay transfer pəncərəsi üçün yeni hədəf tapıb.

Sonxeber.net bildirir ki, bir sıra ingilis nəşrlərinin yazdığına görə, mankunianlılar "Kristal Pelas"dan Jan-Filip Matetanı almaq niyyətindədirlər. Fransız hücum mövqeyini gücləndirməyə namizədlərdən biridir.

"Qırmızı şeytanlar" son bir neçə ayda Matetanı diqqətlə izləyib. 

27 yaşlı hücumçunun potensial transfer qiyməti 60 milyon funt-sterlinq dəyərində ola bilər.

Bu mövsüm futbolçu 33 oyunda 15 qol vurub.

Xatırladaq ki, Mateta bundan əvvəl dəhşətli zədə almışdı. /Lent.az


Etiketlər:  Mançester Yunayted hücumçu alır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ