Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

D vitamini çatışmazlığına diqqət yetirin! Ağız xərçənginə səbəb olur

D vitamini çatışmazlığına diqqət yetirin! Ağız xərçənginə səbəb olur

Tarix: 10 Mart 2025 03:03

D vitamini çatışmazlığı təkcə sümük sağlamlığına deyil, həm də diş çürüməsi, diş əti xəstəlikləri və hətta ağız xərçəngi kimi ciddi problemlərə yol aça bilər.

Sonxeber.net e-saglam.az-a istinadən xəbər verir ki, Prof. Dr. Birkan Taha Özkan bu vitaminin ağız sağlamlığı üçün həyati əhəmiyyət daşıdığını vurğulayır.

D vitamini çatışmazlığı kimlərdə daha çox olur?

Günəş işığından az yararlananlar, qapalı mühitlərdə çalışanlar, tünd dərili şəxslər, 50 yaşdan yuxarı insanlar, veganlar və D vitamini mənbələrini az istehlak edənlər bu risk qrupuna daxildir.

Ağız xərçəngi və immun sistemə təsir

D vitamini çatışmazlığı olan uşaqlarda dişlər daha kövrək olur, çənə sümüyü zəif inkişaf edir. Yetkinlərdə isə diş əti xəstəlikləri və erkən diş itkisi riski artır. Həmçinin, immun sistemi zəiflədiyindən xərçəng hüceyrələrinin yayılmasına nəzarət çətinləşir.

D vitamini səviyyəsini necə qorumaq olar?

Günəş işığından faydalanmaq, balıq, süd məhsulları və yumurta kimi qidalara üstünlük vermək, mütəmadi diş müayinəsindən keçmək vacibdir. Lazım gələrsə, D vitamini əlavəsi qəbul edilməlidir. Bu vitamin ağız sağlamlığınızı qoruyan görünməz qalxan rolunu oynayır.


Etiketlər:  vitamini çatışmazlığına diqqət yetirin Ağız xərçənginə səbəb olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ