Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli İsmayılovdan sərt TƏNQİD: ''Getdikcə daha da bərbad günə düşəcək''

Əli İsmayılovdan sərt TƏNQİD: ''Getdikcə daha da bərbad günə düşəcək''

Tarix: 10 Mart 2025 16:53

Vaxtilə Azərbaycanın tanınmış boksçularından hesab olunan Əli İsmayılov Azərbaycan boksunun hazırkı vəziyyətinin çox pis olduğunu açıqlayıb.

Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı Bizim.media-ya açıqlama verən Ə.İsmayılov milli komandada köklü islahatların aparılmasını vacib sayır:

"Boksumuzun hazırkı vəziyyəti yaxşı deyil. Son Olimpiya Oyunları bunu bir daha sübut etdi. Parisə yollanan 6-7 nəfərdən yalnız kubalı legioner medal qazana bildi.

Ona görə də milli komandada köklü islahatlar aparılmalıdır. Məşqçi dəyişilməli, məşq prosesi fərqli tərzdə keçirilməlidir. Belə davam edə bilməz. Getdikcə boksumuz daha da bərbad günə düşəcək. Son dünya çempionatları və olimpiya oyunlarındakı nəticələrimiz yaxşı deyil. Federasiya rəhbərliyi bunu nəzərə alıb, islahatlar aparmalıdır".

Qeyd edək ki, ötən ilin dekabrından etibarən boks millimizə Ravşan Xocayev baş məşqçilik edir.


Etiketlər:  Əli İsmayılovdan sərt TƏNQİD Getdikcə daha bərbad günə düşəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ