Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya onların akkreditasiyasını LƏĞV ETDİ

Rusiya onların akkreditasiyasını LƏĞV ETDİ

Tarix: 10 Mart 2025 19:06

Rusiya Böyük Britaniyanın 2 diplomatının akkreditasiyasını ləğv edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, onlar qanunu pozduğuna görə akkreditasiyaları ləğv olunub.

Həmin diplomatların Rusiyaya giriş icazəsi alarkən yalan məlumat verdiyi və Britaniya kəşfiyyatına işlədiyi qeyd olunub. Bu səbəbdən Britaniyanın Rusiyadakı səfiri nazirliyə çağırılıb.

"Səfirə diplomatların Rusiya qanunlarını pozduqları barədə məlumat verilib. Moskva Britaniya kəşfiyyatçılarının gizli fəaliyyətinə dözməyəcək və öz milli təhlükəsizlik maraqlarına uyğun hərəkət edəcək. Biz Britaniya vətəndaşlarına Rusiya vizası üçün müraciət edərkən dəqiq və dolğun məlumat vermələrini tövsiyə edirik. London vəziyyəti gərginləşdirərsə, Rusiya tərəfi lazımi cavab verəcək", - açıqlamada vurğulanıb.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bu gün iki britaniyalı diplomatın casusluqda şübhəli bilinərək deportasiya edilməsi barədə qərarın qəbul edildiyini açıqlayıb. Rusiya ötən il casusluqda və ölkədə təhlükə törətməkdə şübhəli bilinən 6 britaniyalı diplomatın akkreditasiyasını da ləğv edib.


Etiketlər:  Rusiya onların akkreditasiyasını LƏĞV ETDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ