Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR-ın zavodunun direktoru təyin edildi

SOCAR-ın zavodunun direktoru təyin edildi

Tarix: 11 Mart 2025 20:48

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Qaz Emalı Zavodunun direktoru dəyişib.

Sonxeber.net xəbər verir ki, Sinan Girgin zavodun rəsmən direktor vəzifəsinə təyin edilib.
Buna qədər sözügedən vəzifədə Aqşin Paşayev Şəmşəd oğlu idi.

Aqşin Paşayev Zavod yarandığı gündən - 2009-cu ildən bu tərəfə zavodun direktoru vəzifəsində çalışıb.

Sinan Girgin isə 2023-cü ildən bu zavodda rəhbərlikdə çalışıb. Bundan öncə Türkiyənin "Tüpraş" və "Akyak Ticaret A.Ş." kimi şirkətlərində işləyib.

Qeyd edək ki, Qaz Emalı Zavodu Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli Sərəncamı ilə SOCAR-ın strukturuna daxil edilib. Zavod təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının emalını, təmizlənmiş təbii qaz, qaz benzini, texniki butan, texniki propan-butan qarışığı, ağır kondensat kimi məhsulların istehsalını həyata keçirir. (banker.az)


Etiketlər:  SOCAR zavodunun direktoru təyin edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ