Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2025 14:14
"Şamaxı" klubunun təcrübəli çalışdırıcı Ayxan Abbasov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunub.
Sonxeber.net futbolinfo.az-a istinadən xəbər verir ki, uzun müddətdir bir neçə mütəxəssislə danışıq aparan AFFA yekun qərarını verib.
Milli assosiasiya onlar üçün prioritet olan "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasovla hərtərəfli razılığa gəlib. 43 yaşlı çalışdırıcı ilə hətta müqavilə də imzalanıb. Bu təyinat AFFA İcraiyyə Komitəsinin növbəti iclasında təsdiqlənəcək.
Anlaşmaya əsasən, Abbasov ilkin mərhələdə "Şamaxı"dakı işini də davam etdirəcək. O, ən azı mövsümün sonuna qədər Premyer Liqa klubuna rəhbərlik edəcək. Yayda üçtərəfli görüş olacaq və Abbasovun iki, yoxsa bir komandada yoluna davam edəcəyi dəqiqləşdiriləcək.
Qeyd edək ki, Ayxan Abbasov "Şamaxı"dan əvvəl "Zirə", "Sumqayıt" və "Turan Tovuz"u da çalışdırıb.