Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampın məktubunu Xameneiyə bu ölkələrindən biri çatdıracaq

Trampın məktubunu Xameneiyə bu ölkələrindən biri çatdıracaq

Tarix: 12 Mart 2025 14:00

ABŞ Prezidenti Donald Trampın məktubunu İranın Ali Rəhbəri Seyid Əli Xameneiyə ərəb ölkələrindən biri çatdıracaq.

Sonxeber.net xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, Trampın Xameneiyə yazdığı məktubun ərəb ölkələrindən biri tərəfindən İrana çatdırılacağını açıqlayıb.

Nazirin sözlərinə görə, məktub yazılsa da, Tehrana hələ çatmayıb.

"ABŞ Prezidentinin məktubu yazılıb, amma hələ ki bizə çatmayıb. Qərara alınıb ki, məktubu ərəb ölkələrindən birinin nümayəndəsi tezliklə Tehrana çatdırsın", - XİN rəhbəri əlavə edib. /APA


Etiketlər:  Trampın məktubunu Xameneiyə ölkələrindən biri çatdıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ