Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməliyyatdan sonra Mənzurənin üzü əyilib?

Əməliyyatdan sonra Mənzurənin üzü əyilib?

Tarix: 14 Mart 2025 00:40

Müğənni Mənzurə Musayeva aylar əvvəl keçirtdiyi plastik əməliyyatından narazı qaldığını açıqlayıb. 

Sonxeber.net olay.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu "İncə səhər" verilişində danışıb.

Musayeva bildirib ki, üzgərmə əməliyyatından sonra üzünün sağ və sol hissəsi bir-birindən fərqlənir:

"Bəli, üzgərmə əməliyyatından sonra narazı qalmışam. Bununla bağlı hələki məhkəməyə müraciət etməmişəm. Məni əməliyyat edən həkim-cərrahın söylədiyi kimi, müəyyən zamanı gözləyirəm. Üzümün sağ və sol tərəfi bir-birindən fərqlənir. Sanki bir tərəf dartılıb, digər tərəf isə eyni şəkildə qalıb. Əməliyyatdan sonra sanki üzüm gərilməyib (gülür). Həkimlə ortaq məxrəcə gəlməsək nələrsə olacaq. Sadəcə indi mən insanlıq edirəm, gözləyirəm".


Etiketlər:  Əməliyyatdan sonra Mənzurənin üzü əyilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ