Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makrondan Bakı-İrəvan razılaşması ilə bağlı paylaşım - FOTO

Makrondan Bakı-İrəvan razılaşması ilə bağlı paylaşım - FOTO

Tarix: 14 Mart 2025 08:30

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Fransa lideri "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Ermənistan və Azərbaycan arasında danışıqların yekunlaşdırılması barədə elanı alqışlayıram. Artıq Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə yol açmalı olan sülh sazişinin imzalanmasına heç nə mane olmur", - o qeyd edib.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakı və İrəvan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin artıq yekunlaşdığını bildirib.

Daha sonra isə Azərbaycan Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yayıb. Bəyanatda iki ölkə arasında danışıqların yekunlaşdığı qeyd olunub.


Etiketlər:  Makrondan Bakı İrəvan razılaşması ilə bağlı paylaşım FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ