Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir

İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir

Tarix: 14 Mart 2025 19:15

İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq.

Sonxeber.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində səsləndirib.

Münaqişələrin sayının artmaqda olduğunu təəssüflə vurğulayan dövlətimizin başçısı qeyd edib: "Əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə, burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir".


Etiketlər:  İlham Əliyev Qarabağda olan münaqişə beynəlxalq hüquq tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ