Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2025 23:30
Xəbər verdiyimiz kimi, "Kəpəz" Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində Tovuz şəhər stadionunda "Qarabağ"la 0:0 hesablı heç-heçə edib.
Sonxeber.net xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Bütün azarkeşlərimizə təşəkkür edirəm. 1 xal da bizim üçün qənimətdir. "Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Normal oyun getdi. Uduza da bilərdik. "Qarabağ"a qarşı əks-hücumda oynamağa məcbursan".
- Qurban Qurbanov dedi ki, meydança sulanmayıb. Bu fikirlə razısız?
- "Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm. Dediyində həqiqət var".
- Ev matçlarınızın erkən saatlarda olması işığa qənaət etmək üçündür?
- "Kəpəz"də heç nəyə qənaət olunmur. Məşqçinin bütün istəkləri yerinə yetirilir. PFL oyunu hansı saata salsa, oynamağa hazırıq".
- Komandanın içində olan problemləri tapa bildiz?
- "Komandamız üçüncü dövrədə ən yaxşılardan idi. İçəridə olan problemləri özümüz müzakirə edirik. Həmin problemlər tapılıb. Bugünkü oyun da bunun nəticəsidir".