Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2025 13:06
Türkiyədə 1-ci Liqanın 30-cu həftəsində "Sakaryaspor" evdə "Yeni Malatyaspor"u 5:0 hesabı ilə məğlub etdikdən sonra stadionda maraqlı anlar yaşanıb.
Sonxeber.net xəbər verir ki, yarımmüdafiəyə gələn "Sakaryaspor" futbolçuları arasında Alpaslan Dəmir sevgilisinə diz çökərək evlilik təklifi edib.
Sevgilisindən "bəli" cavabını alan Alpaslan Dəmir çox sevinib. Onun komanda yoldaşları və tribunada olan "Sakaryaspor" azarkeşləri də həmin anlara dəstək olub.
Sözügedən maraqlı görüntüləri təqdim edirik. /Musavat.com