Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən varlı futbolçuları - Ronaldu və Messidən ÇOX QAZANIRLAR

Dünyanın ən varlı futbolçuları - Ronaldu və Messidən ÇOX QAZANIRLAR

Tarix: 16 Mart 2025 13:40

"Game Set&Match" portalı planetin ən zəngin futbolçularının siyahısını dərc edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, reytinqin lideri Tailandın "Ratçaburi" klubunun yarımmüdafiəçisi Faiq Bolkiahdır. Lakin Faiq var-dövlətini futbol meydançasında qazanmayıb. Məsələ burasındadır ki, o, Bruneyin hakim Bolkiah sülaləsinin üzvüdür. Atası Bruney şahzadəsi Cefri Bolkiahdır. Əmisi isə Bruneyin sultanı Hassanal Bolkiahdır. Ailəsinin sərvəti 20 milyard dollardır.

"Ən-Nəsr"in ulduzu Kriştianu Ronaldu və "İnter Mayami"nin forvardı Lionel Messinin sərvəti 1 milyard dollara yaxınlaşır. Devid Bekhem də onlara yetişir.

Maraqlıdır ki, Avropanın top-klubunun yalnız bir nümayəndəsi ən zəngin 10 futbolçu sırasına daxil olub. Bu, "Real Madrid"in hücumçusu Kilian Mbappedir.


Etiketlər:  Dünyanın varlı futbolçuları Ronaldu Messidən ÇOX QAZANIRLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ