Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2025 00:48
İngiltərə Liqa Kubokunun finalında "Nyukasl" futbol klubu "Liverpul"u 2:1 hesabı ilə məğlub edib.
Sonxeber.net-ın məlumatına görə, görüş Londonun "Uembli" stadionunda baş tutub.
Qalib komandanın heyətində qolları Den Bern (45-ci dəqiqə) və Aleksandr İsak (52) vurublar. "Liverpul"dan Federiko Kyeza (90+4) fərqlənib. 51-ci dəqiqədə İsak qol vursa da, hakimin video köməkçisi (VAR) sisteminin müdaxiləsindən sonra qol hesaba alınmayıb.
"Nyukasl" tarixində ilk dəfə İngiltərə Liqa Kubokunu qazandı. Komanda əvvəllər iki dəfə - 1976 və 2023-cü illərdə turnirin finalında çıxış edib.