Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mançester Yunayted”in əfsanəsinin oğlu əkiz qardaşının ötürməsi ilə iki qol vurdu

“Mançester Yunayted”in əfsanəsinin oğlu əkiz qardaşının ötürməsi ilə iki qol vurdu

Tarix: 17 Mart 2025 14:56

Gənclər arasında İngiltərə çempionatı çərçivəsində "Mançester Yunayted"in U-21 komandası "Vest Bromviç"dən olan həmyaşıdları ilə qarşılaşıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu oyunu digərlərindən fərqləndirən isə "Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Darren Fletçerin oğulları Cek və Taylerin oynaması olub.

Tayler dubl ilə rəqibləri üzərində 5:1 hesablı qələbə qazanmasına töhfə verib. Hər iki halda ona əkiz qardaşı Cek ötürməsi ilə kömək edib.

Qeyd edək ki, onların atası hazırda böyüklərdən ibarət komandanın məşqçilər korpusunda çalışır.

Maraqlısı odur ki, hər iki oğlan "Mançester Siti" akademiyasında ilk addımlarını atıb və hazırda gənclər səviyyəsində müxtəlif milli komandaları təmsil edirlər. Tayler atasının tarixi vətəni - Şotlandiya yığmasında oynamaq qərarına gəlib və Cek artıq İngiltərə U-18 yığmasında 5 oyun keçirib.

Tayler mövqe baxımından da atasının yolu ilə gedib. O, əsasən müdafiə funksiyalarını yerinə yetirən mərkəzi yarımmüdafiəçi kimi oynayır, Cek isə daha çox hücumameyilli yarımmüdafiəçidir və sağ cinah oyunçusu kimi də oynaya bilir.


Etiketlər:  Mançester Yunaytedin əfsanəsinin oğlu əkiz qardaşının ötürməsi ilə vurdu


RƏYLƏR