Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2025 16:30
İnter Mayami"nin ulduzu Lionel Messi "Atlanta Yunayted"lə matç öncəsi yaşanan anlarla diqqət çəkib.
Sonxeber.net xəbər verir ki, meydanda isinmə hərəkətləri edərkən azarkeşlərdən biri onun qarşısına "Barselona" forması atıb. Lakin Messi nə formaya reaksiya verib, nə də onu yerdən götürüb.
Uzun illər "Barselona"nın heyətində çıxış edən və klub tarixinin ən önəmli simalarından biri hesab olunan futbolçunun bu hərəkəti sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bəziləri bunu sadə bir təsadüf kimi qiymətləndirsə də, digərləri Messinin keçmiş klubuna olan münasibətini sual altına qoyub.