Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2025 17:08
Azərbaycanda taksi və çatdırılma xidmətləri təşkil edən "Yango" aqreqatorunun tətbiqlərində baş verən server xətası aradan qaldırılıb.
Sonxeber.net xəbər verir ki, istifadəçilər artıq tətbiqlərə daxil olduqda "server xətası" mesajı ilə qarşılaşmırlar.
--------
15:35
Paytaxt Bakıda bu gün "Uber" və "Yango" taksi xidmətləri ilə bağlı müştərilər çətinliklə qarşılaşıblar.
Sonxeber.net xəbər verir ki, hər iki taksi şirkətinin müştəriləri sifariş verməyin mümkün olmadığını bildirirlər.
Məsələ ilə bağlı aiddiyatı şirkətdən bildirildi ki, problemdən xəbərdardırlar. Sözügedən problem üzərində işlənilir, tezliklə aradan qalxacaq.