Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2025 10:44
"Mançester Siti"nin və Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanov premium avtomobil sahibi olub.
Sonxeber.net xəbər verir ki, Qazaxıstanda doğulmuş futbol rəsmisi Uluqbek Asanbayev ona qara rəngli "Mercedes-Benz Gelandewagen"i hədiyyə edib. Asanbayev vaxtilə "Paxtakor" və "Dustlik"də çıxış edib. Son illərdə isə futbolçuların xarici komandalara transferini təşkil edir.
Bu mövsüm Xusanov "Mançester Siti"nin heyətində bütün turnirlərdə 8 oyun keçirib və bir qol vurub. Futbolçunun klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Qeyd edək ki, martın 20-də DÇ-2026-nın Asiya seçmə mərhələsi çərçivəsində Qırğızıstanla, martın 25-də isə İranla qarşılaşacaq Özbəkistan millisinin düşərgəsindədir. /Publika.az