Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2025 16:14
Futbol üzrə Argentina yığmasında növbəti futbolçu heyətdən çıxarılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "İnter"in hücumçusu Lautaro Martines DÇ-2026-nın seçmə mərhələsində komandasına kömək edə bilməyəcək.
Bu barədə ölkə futbol federasiyasından məlumat verilib. Martinesdən əvvəl Lionel Messi və Paulo Dibala Uruqvay (22 mart) və Braziliya (25 mart) yığmalarına qarşı oyunlarda iştirak etməkdən məhrum olmuşdular.
Qeyd edək ki, Argentina yığması Cənubi Amerika seçmə zonasında 12 turdan sonra 25 xalla lider mövqeyində qərarlaşıb.