Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2025 17:34
"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi ilə Vanda Nara rəsmən boşanıblar.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, xəyanət qalmaqalları ilə gündəmdən düşməyən cütlük, nəhayət, münasibətlərini rəsmi olaraq bitirib.
Lakin cütlüyün uşaqlarına qəyyumluq və əmlak bölgüsü ilə bağlı hansı razılaşmaya gələcəyi hələlik məlum deyil.
Qeyd edək ki, Mauro İkardi ilə Vanda Nara 2014-cü ildə ailə qurublar. Onların bu evlilikdən iki qızı var. Vanda Nara hələ boşanmadan əvvəl reper L-Qante ilə eşq yaşamağa başlayıb. Vandadan ayrılan İkardi isə hazırda Çina Suareslə münasibətdədir.